Biz işə qəbul zamanı ən müasir seçim üsullarından istifadə edir və namizədlər arasında tam ədalətli seçim edirik.
İşə müraciət şirkətimizin veb səhifəsi üzərindən və e-mail vasitəsi ilə aparılır. Müraciət etdiyiniz sahədən asılı olaraq seçim prosesi fərqlənə bilər. Lakin bir məqam dəyişilməz qalır - sizə bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün bir çox imkanlar təqdim olunur. Seçim prosesi bir və ya bir neçə mərhələli ola bilər.
Bütün seçim mərhələlərindən uğurla keçən namizədlər iş təklifi alır.